dem qazi esas

Tərtər rayonunda dəm qazından zəhərlənən şəxsin vəziyyəti açıqlanıb.

Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 9-da, saat 16:15-də dəm qazından zəhərlənmə səbəbi ilə bir nəfər (qadın) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

“Hazırda pasiyentin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd olunur.

X X X

Tərtərdə ana və oğul dəm qazından zəhərlənib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Əzimov Müşviq Əsəd oğlu və anası – 1955-ci il təvəllüdlü Əzimova Sahibə Salman qızı yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.

Hadisə nəticəsində Müşviq Əzimovun ölüb, Sahibə Əzimovanın isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş: