Donald Tramp Venesuelada ABŞ-ın həyata keçirdiyi əməliyyat zamanı çox sayda insanın həlak olması ilə bağlı təəssüfünü bildirib.
Globalinfo.az xəbər verir ki, əməliyyat barədə danışan Ağ Ev rəhbəri deyib:
“Bu, inanılmaz idi. Bizimkilərdən heç kim həlak olmadı, digər tərəfdən isə təəssüf ki, çox sayda insan öldü”, – deyə o, respublikaçı qanunvericilərlə görüşdə qeyd edib.
Tramp bildrib ki, həyatını itirənlərin əksəriyyəti kubalılar olub.
Əliyar Xəlil