Kiyev

Ukraynanın məhv olması ilə bağlı ssenari mücərrəd xarakter daşımır, lakin onun reallaşma ehtimalı açıq sual olaraq qalır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında bildirib.

Diplomatın sözlərinə görə, proseslərin inkişafı təkcə Kiyevdə hakimiyyətdə olan qüvvələrin iradəsindən asılı deyil.

“Hazırda müzakirə olunan çöküş ssenarisi tamamilə spekulyativ deyil, amma bunun nə dərəcədə real olduğu açıq sualdır”, – deyə Ryabkov qeyd edib.

O, daha əvvəl Rusiya və Ukraynanın münaqişənin sülh yolu ilə həlli ilə bağlı mövqelərinin köklü şəkildə fərqləndiyini vurğulamışdı. Ryabkov, eyni zamanda, Ukrayna böhranının həllinin yaxınlaşdığını desə də, münaqişənin başa çatması üçün konkret vaxt çərçivəsinin göstərilməsinin məqsədəuyğun olmadığını bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: