Rusiyalı senator Vladimir Cabarov Andrey Yermakın Ukrayna Prezidentinin aparat rəhbəri postundan istefasını “Avropa üçün faciəli gün” adlandırıb.
Globalinfo.az xəbər verir ki, o, RİA Novosti-yə açıqlamasında qərarın nəticələri barədə danışıb.
Cabarovun sözlərinə görə, avropalı liderlər Ukraynada xüsusi heç nə qalmayacağından ehtiyat edir və proseslərin dəyişəcəyini düşünürlər.
O həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp Zelenskinin “səriştəsizliyini” qəbul edib.
“Əgər Tramp bu xətti götürübsə və Zelenski rejimini Avropanın siyasi arenasından faktiki çıxarmağa hazırdırsa, bu, ciddi siqnaldır”, – Cabarov bildirib.
Tahir Turan
Globalinfo.az