zahid oruc

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Globalinfo.az-ı 3 yaşı münasibətilə təbrik edib.

Təbrik mətnini təqdim edirik:

“Media cəmiyyətin dilidir.

Güzgüsüdür, ancaq günümüzün informasiya bolluğunda media vasitəsi kimi qalmaq formadan çox məzmun məsələsidir.

Ola bilər ki, bütün dünyada KİV üçün fəaliyyət prinsipləri eynidir, amma Azərbaycanda olmaq və yazıb, yaratmaq xüsusi bir özəllik tələb edir.

Çünki bir müddətdir ki, Azərbaycan dünya mediasında trenddən düşmür.

Vətən savaşından sonra dünyanın daha fərqli tanıdığı Azərbaycanın təqdimatında mediamızın mühüm vəzifələri və rolu var:

Bu qalibiyyət kontekstində doğulan Globalinfo.az özünün təhlilləri, formalaşdırdığı dövlətçi mövqeyi və ictimai rəyə təsiri ilə fərqlənməkdədir.

3 ilin, 3 yaşın gələcəkdə qazanacağı uğurlara da böyük ölçü vahidi olduğunu qətiyyətlə deyə bilərik.

Xəbərin lokal, regional və qlobal məkanında boy atan kollektivə uğurlar arzusu ilə…”

Paylaş: