1760644166 tramp zelenski

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya neft emalı zavodlarına hücumları dayandırmaqla bağlı Vaşinqtonun təxminən altı müraciətini nəzərə almamasından sonra Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağı üzrə razılaşmaya getdiyi iddia olunur.

Globalinfo.az bildirir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

    Nəşrin yazdığına görə, ABŞ rəsmiləri Kiyevdən Rusiya neft emalı zavodlarına zərbələri birtərəfli qaydada dayandırmağı tələb ediblər. Vaşinqtonun mövqeyinə əsasən, bu hücumlar ABŞ-da yanacağın qiymətinin artmasına təsir göstərib.

    Mənbənin bildirdiyinə görə, Zelenski Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları dayandırmasını Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırması ilə əlaqələndirməyi təklif edib. Lakin iddiaya əsasən, Tramp bu iki addımı ekvivalent hesab etməyib.

    Axios-a danışan ABŞ rəsmisi bildirib ki, Zelenski vəziyyəti düzgün qiymətləndirmir və Rusiya neft emalı zavodlarına zərbələri davam etdirməklə son altı ay ərzində Trampla qurduğu müsbət münasibətlərə zərər vurur.

    Nəşrin mənbələri, həmçinin ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələdiyini iddia ediblər.(APA)

    Paylaş: