Toy karvanında “avtoşluq” edən sürücü saxlanıldı – VİDEO

Toy karvanında "avtoşluq" edən sürücü saxlanıldı - VİDEO

Göyçayda toy karvanında avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü C.Qafarov saxlanılıb.

O, idarə etdiyi VAZ-2106 markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Məhkəmənin qərarı ilə C.Qafarov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla barəsində intizam tədbiri görülüb.