EMCode f0428191ec52e51fa8d9cef3d8d0025c

Dağıstan Rusiya Federasiyasında veyplərin satışını qadağan edən ilk bölgələrdən biri ola bilər.

Globalinfo.az xəbər verir ki, respublikanın başçısı Sergey Melikov bu barədə təklifi Dövlət Dumasına təqdim edib.

Məlikovun administrasiyasının teleqram kanalında yayılan məlumata görə, təklif veyplərin pərakəndə satışına qadağa qoyulmasını nəzərdə tutur:

“Xahiş edirəm ki, Dağıstan Respublikası bu cihazların satışına qadağa tətbiq edən pilot regionlardan biri kimi seçilsin. İnanıram ki, bu addım veyp istifadəsinə bağlı xəstəliklərin sayını azaldacaq”, – deyə Məlikov vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin də regionlara veyplərin satışını məhdudlaşdırmaq səlahiyyəti verən təşəbbüsü dəstəkləyib.

Qeyd edək ki, Dövlət Duması yaxın vaxtlarda elektron siqaretlərin və veyplərin satışına tam qadağa qoyulmasını təklif edən qanun layihələrini müzakirəyə çıxaracaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: