landscape building ruins bare trees water cloudy sky gloomy day scaled

Meksikanın mərkəzi və cənubunu vuran güclü yağış, daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “El Universal” qəzeti Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, İdalqo ştatında 22, Pueblada doqquz, Verakruzda beş, Keretaro ştatında isə bir nəfər ölüb.

Qeyd olunur ki, ölkənin beş ştatının 117 bələdiyyəsində əhaliyə yardım tədbirləri gücləndirilir.

Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, təbii fəlakətin aradan qaldırılmasında beş mindən çox hərbçi və xilasedicilər iştirak edir.

*** 21:17

Meksikanın mərkəzi və sahil bölgələrini bürüyən güclü daşqınlar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.Globalinfo.az xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.

Ən çox insan tələfatı Hidalqo ştatında qeydə alınıb – burada 18 nəfər həlak olub. Daha doqquz nəfər Pueblada, üç nəfər Verakruzda, bir nəfər isə Queretaroda həyatını itirib.

Təbii fəlakət genişmiqyaslı dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub. Verakruz ştatının Poza Rika şəhərində su səviyyəsinin bəzi yerlərdə üç metri keçdiyi bildirilir.

Rəsmilərin məlumatına görə, yüzlərlə ev zədələnib, onlarla körpüyol dağılıb. Bir neçə kənddə rabitə və elektrik təchizatı bərpa olunmayıb.

Paylaş: