WhatsApp Image 2025 10 09 at 10.30.42

İsrailHƏMAS arasında atəşkəs razılaşmasının əldə edilməsi xüsusi Qəzza zolağında böyük coşğu və sevinclə qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalının Qəzza müxbirinin atəşkəs xəbərini təqdim etməsinin görüntüləri gündəm olub.

Müxbir xəbəri çatdırarkən bronjilet və dəbilqəni çıxarıb:

“İki ildir başımda daşıdığım bu qoruyucu dəbilqəni və bədənimə yapışmış jileti çıxara bilərəm. Artıq ölüm təhlükəsi yoxdur, bu tarixi anları sizlərlər paylaşmaq istəyirəm”.

Sözügedən görüntülər dünya mediası və sosial şəbəkələrdə sürətlə yayılıb.

Qeyd edək ki, atəşkəs razılaşmasına əsasən, HƏMAS bütün israilli girovları azad edəcək, İsrail tərəfi isə qoşunları qərarlaşdırılan mövqelərə çəkəcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: