72 pic4 zoom 1500x1500 78250

ABŞ Prezidenti Donald Trampın sülh planının birinci mərhələsi çərçivəsində İsrail Qəzza zolağının 53%-nə nəzarəti saxlayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

“İsrailə öz qoşunlarını HƏMAS hərəkatı ilə razılaşdırılmış xəttə çəkməsi üçün 24 saat vaxtı olacaq. Bundan sonra ölkə Qəzza zolağının təxminən 53%-nə nəzarəti saxlayacaq. Geri çəkilmə zamanı ordu Qəzza şəhərini tərk edəcək”, – deyə bildirilib.

Qeyd edək ki, oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp özünün “TruthSocial” sosial media hesabında İsrail və HƏMAS hərəkatının Qəzza zolağı üçün sülh planının birinci mərhələsi ilə bağlı saziş imzaladığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: