ABŞ Xəzinədarlığı Prezident Donald Trampın təsviri olan bir dollarlıq sikkələrin buraxılmasını nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox Business” məlumat yayıb.
Planın ABŞ-ın yaranmasının 250-ci ildönümü münasibətilə həyata keçirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, sikkədə Tramp Amerika bayrağı fonunda qaldırılmış yumruqla təsvir olunacaq. Bu görüntünün 2024-cü ildə ona qarşı sui-qəsddən sonra çəkilmiş məşhur fotoya istinad etdiyi vurğulanır.
Tahir Turan
Globalinfo.az














