pasinyan yeni 81

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, AzərbaycanZəngəzur dəhlizi” ifadəsini niyə işlətdiyini və bu terminin nəyi nəzərdə tutduğunu aydınlaşdırmalıdır.

Globalinfo.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, bu ad erməni cəmiyyətində birmənalı qarşılanmır və əsəbləri tarıma çəkir.

“Əgər söhbət Zəngilan-Horadiz marşrutundan gedirsə, bunun bizə aidiyyəti yoxdur. Çünki həmin nəqliyyat qovşağı bizim ərazimizlə bağlı deyil”.

O, həmçinin əlavə edib ki, Ermənistan dəmir yolunun layihələndirilməsi üzrə işlərə başlayır.

Zəngəzur dəhlizi” Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək potensial kommunikasiya marşrutudur. Ancaq İrəvan bu termini fərqli formada qəbul edir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: