owl detail 620 d66dd920bdf56870bf0a62a6d6d01f3b

ABŞ-ın onlarla qırıcı təyyarəsi çox sayda yanacaqdaşıyan təyyarə ilə birlikdə Qətərdəki Əl-Udeyd aviabazasına gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Colonelcassad” teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, bu baza ABŞ-ın Yaxın Şərqdəki ən böyük aviabazası hesab olunur.

Kanalın məlumatına görə, ABŞ mümkün hücumlara hazırlıq məqsədilə Yaxın Şərqə yanacaq daşıyan tanker təyyarələri yerləşdirib.

İddiaya görə, hücum İranın yeraltı nüvə obyektləri (xüsusilə Fordov və İsfahan) və ya Yəməndəki Husi üsyançılarının dron və hipersəs raketləri yığdığı bazaları istiqamətində yönələ bilər.

Həmçinin xatırladılır ki, Pentaqon əvvəllər podratçılara raket istehsalını qısa müddətdə ən azı iki dəfə artırmaq çağırışı etmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: