disney

ABŞ-ın Florida ştatında yerləşən Uolt Disney istirahət mərkəzində yerləşən Epkot əyləncə parkında yanğın baş verib.

Globalinfo.az  xəbər verir ki, yanğın tez bir zamanda söndürülüb, xəsarət alan olmayıb.

Həmçinin məkanda ziyarətçilər və işçilər təxliyə ediliblər.

Bildirilib ki, hadisə Fransa pavilyonunun arxasındakı soyuducunun yanması ilə başlayıb. Səbəbin məlum olmadığı əlavə edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: