avtobus qeza

Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.

Globalinfo.az “Oxu.az”a istinadla xəbər verir ki, bu barədə xəstəxananın həkimi Fuad Rzayev bildirib.

O vurğulayıb ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul ediliblər:

“Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir. Xəsarətlər, əsasən, bud-çanaq sınıqları (neyrocərrahi problemlər) və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdiriliblər, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir”.

*** 17:52

Qəzaya düşən avtobus NaxçıvanBakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.

Globalinfo.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

***17:05

Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

Ətraflı məlumat veriləcək.

Naxçıvanda avtobus dərəyə aşıb, 15-dən çox yaralı var - FOTO Naxçıvanda avtobus dərəyə aşıb, 15-dən çox yaralı var - FOTO Naxçıvanda avtobus dərəyə aşıb, 15-dən çox yaralı var - FOTO Naxçıvanda avtobus dərəyə aşıb, 15-dən çox yaralı var - FOTO Naxçıvanda avtobus dərəyə aşıb, 15-dən çox yaralı var - FOTO

Paylaş: