“İtaətsiz Fransa” partiyası Fransa Prezidenti Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması üzrə qətnamə layihəsini parlamentə təqdim edib”.
Globalinfo.az BFMTV-yə istinadla xəbər verir ki, bunu partiyanın Milli Assambleyadakı fraksiyasının sədri Matilda Pano bildirib.
“Bayru hökuməti istefaya gedib. Makron onun ardınca getməlidir”, – deyə o vurğulayıb.
Pano hesab edir ki, Makron Fransadakı qeyri-sabitliyə görə məsuliyyət daşıyır:
“Bu gün biz Makronun impiçmenti ilə bağlı vəsatət vermişik”.
Sənədi əksəri “İtaəsiz Fransa“nın üzvləri olan 86 deputat imzalayıb.