Millimiz beynəlxalq turnirə qələbə ilə başladı

Millimiz beynəlxalq turnirə qələbə ilə başladı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi “Slovenia Nations Cup” yoldaşlıq turnirinə qələbə ilə başlayıb.

Globalinfo.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda ilk oyununu İslandiya yığmasına qarşı keçirib.

“Preddvor” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Ziya Şəkərxanov (46-cı dəqiqə) və Şahin İbrahimov (55-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.