zahid qarayev esas

Azərbaycan Dəmir Yolları” QSC-nin Ağdama mediaturu davam edir

Xəbər verdiyimiz kimi, 32 ildən sonra BakıAğdam sərnişin qatarının hərəkəti bərpa edilib. Bu tarixi səfər unudulmaz, bir o qədər də qürüvericidir. İştirakçılar arasında polkovnik-leytenant, baş komandonun əsgəri Zahid Qarayev də var.

Globalinfo.az xəbər verir ki, o mediaya açıqlamasında sözügedən səfərdən çox sevindiyini bildirib:

“Mən çox sevincliyəm. 32 ildən sonra Ağdama qatarla qayıdırıq. Deputatları, Milli qəhrəmlarımızın ailələrini gördüm, sevincimin həddi- hüdudu yoxdur. 30 ildən çoxdur görüşmədiyim adamlarla qarşılaşdım. Uzun müddət keçməsinə baxmayaraq, hələ də bir-birimizi tanıyırıq. İllər sonra Ağdama qayıtmıram, əslində mən elə bu müddətdə orda idim. İndi sizinlə, bu qatarla getmək böyük sevinc yaradır. Sanki, 40 ildən sonra yenidən tərpənirəm Ağdama. Çünki 38 ildir Ağdamdan gəlmişəm, Daxili İşlər Nazirliyinə”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: