
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa Parlamentinin ölkəsini hədəf alan qətnaməsini kəskin tənqid edib.
Globalinfo.az xəbər verir ki, o, Tbilisidən Rusiyaya qarşı sanksiya tətbiqinin tələb olunmasına qəzəblənib və qətnaməni iyrənc adlandırıb:
“Həmin qətnamə Avropa İttifaqının Moskvaya qarşı sanksiyaların qəbulunu tələb edən ilk ictimai sənədidir. Bu, sadəcə skandaldır”, – Papuaşvili bildirib.
O, Rusiyaya qarşı nəzərdə tutulan sanksiyaların Moskvaya deyil, Tbilisiyə zərər vuracağını söyləyib.
Qeyd edək ki, Aİ-nin hazırladığı qətnamədə Gürcüstandan Rusiyaya qarşı sanksiyaların tətbiqi, xarici agentlər haqqında və LGBT ilə bağlı qanunun ləğvi, keçmiş prezident Mixail Saakaşvilinin azad olunması tələb edilib. Avropa İttifaqından isə Bidzina İvanişviliyə sanksiya tətbiqi istənilib.
Əliyar Xəlil
Globalinfo.az