Medvedevdən Ukrayna-Polşa münaqişəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Medvedevdən Ukrayna-Polşa münaqişəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşa və Ukrayna arasındakı mübahisəyə münasibət bildirib və bunun müəyyən üstünlükləri olduğunu qeyd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Medvedev öz Teleqram kanalında yazıb.

O, ironik tərzdə bildirib ki, iki ölkə, “kliniki rusofoblar” hazırda qarşı-qarşıyadır. Medvedev Polşanın Kiyev hökumətindən Volın faciəsinə görə məsuliyyəti tanımağı tələb etdiyini, lakin Ukraynanın bunu qəbullanmaq istəmədiyini vurğulayıb.

O, həmçinin Polşanın ukraynalı qaçqınları ölkədən çıxarmaq hədələri səsləndirdiyini qeyd edib.

Medvedev yekun olaraq bildirib ki, bu iki ölkənin dava etməsi çox yaxşıdır və rusların xeyirinədir.

Əliyar Xəlil

Globalinfo.az