fiko

“Macarıstan və Slovakiya Rusiya qazının idxalına qoyulan qadağaya qarşı ayrı-ayrılıqda məhkəmə iddiaları qaldıracaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə ” Dennik N” portalı məlumat yayıb.

Slovakiyanın Baş naziri Robert Fiko bildirib ki, birgə məhkəmə iddiası mümkün deyil:

“Hər ölkə öz iddiasını irəli sürəcək”.

Bundan əvvəl baş nazir Avropa İttifaqının sözügedən qərarını “ideoloji axmaqlıq ” adlandırmışdı.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayının əvvəlində Aİ Şurası və Avropa Parlamenti Rusiya təbii qazının idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan ilkin razılaşma qəbul etdilər. 26 yanvar 2026-cı ildə Avropa İttifaqı Şurası 1 yanvar 2027-ci il tarixindən etibarən Aİ-yə Rusiya qazının tədarükünün tamamilə qadağan edilməsini rəsmi olaraq təsdiqlədi. 2027-ci ilin sonuna qədər Avropa Komissiyası Rusiya neftinin idxalının mərhələli şəkildə dayandırılması üçün qanun layihəsi təklif etməyi planlaşdırır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: