zelenski putin 1

Tramp Ukrayna ilə bağlı “gözlə və müşahidə et” mövqeyindən çıxış edəcək.

Globalinfo.az xəbər verir ki, ABŞ lideri Donald Tramp Vladimir Putin və Volodimir Zelenskiyə ikitərəfli görüşü şəxsən təşkil etmək imkanı verəcək.

Bu barədə “The Guardian” Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Tramp Rusiya-Ukrayna nizamlanması üzrə danışıqlardan müvəqqəti olaraq geri çəkilmək istəyir.

ABŞ lideri belə bir görüşün mümkün olub-olmadığını yoxlamaq üçün “gözlə və müşahidə et” yanaşmasını tətbiq etməyi planlaşdırır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: