Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətdən qayıdıb və hökumətin iclasını keçirib.
Globalinfo.az xəbər verir ki, baş nazir Vaşinqtonda Azərbaycanla əldə olunan razılaşmalar münasibətilə komandasını təbrik edib.
“Avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamə nəticəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması münasibətilə hamımızı təbrik etmək istəyirəm. Bu müddət ərzindəki fəaliyyətinizə görə hər birinizə təşəkkür edirəm. Biz məsələni tam işıqlandırmamışıq, lakin tətildə bəzi müzakirələr aparmışıq”, – Paşinyan bildirib.
Baş nazir işlərin bununla yekunlaşmadığını, hələ yeni başladığını deyib.
Əliyar Xəlil
Globalinfo.az