owl detail 620 0c5bac141874db2639f0fcf9091536e7

“Təxminən 10 ölkə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək təklifi ilə çıxış edib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin birinci müavini Aleksey Çepa deyib. 

Çepanın sözlərinə görə, Moskva danışıqların bir ərəb ölkəsində keçirilməsinə üstünlük verə bilər:

“Hansı ölkəni seçməyimiz o qədər də vacib deyil. Birləşmiş Ərəb Əmirlikləri, ya da Çin fərq etməz, hər kəs siyasi xal qazanmağa çalışır. Düşünürəm ki, seçimimiz çox güman ərəb ölkəsi olacaq”. 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: