Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən qorunacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Newsweek” nəşrinə sabiq general-mayor Skott Klensi məlumat verib.
“ABŞ-a qarşı bu il Rusiya tərəfindən üç dəfə həyata keçirilən hərbi müdaxilələr zamanı təhlükələrin qarşısını almaq üçün istifadə olunan bu vasitələr indi Prezident Vladimir Putinin müdafiəsi üçün istifadə olunacaq”, — deyə Klensi bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüş bu gün baş tutacaq.
Əliyar Xəlil
Globalinfo.az