kollaj 09

Qüds şəhərinin İsrailin nəzarətində olan hissəsində ötən gün terror hadisəsi baş verib. Şəhərin Neve Yaakov yəhudi məhəlləsində sinaqoqa silahlı hücum olub. Hadisə zamanı 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Diqqətçəkən məqam isə hadisənin Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla eyni günə təsadüf etməsidir.

Maraqlıdır, hər iki terror hadisəsi arasında bir əlaqə ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İsraildə xüsusilə də mübahisəli Qüds şəhərində bu kimi terror hadisələri vaxtaşırı baş verir:

Ermənilər Azərbaycanı antiterror əməliyyatlarına təhrik edir” - Qabil Hüseynli

“Bu və bu kimi terror hücumlarını adətən HƏMAS qruplaşması təşkil edir. Həması isə dəstəkləyən ölkələrdən ən önəmlisi İrandır. Rəsmi Tehran HƏMAS  və Livanda fəaliyyət göstərən Hizbullaha dəstək verərək İsrailə hibrid müharibə aparır.

Ötən gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumla bu hadisənin eyni günə təsadüf etməsi diqqət çəkir. Səfirliyimizə edilən hücum birbaşa İran hakimiyyətinin tapşırığı ilə edilib. HƏMAS da İranla əlaqələrini nəzərə alsaq, hər iki hadisə arasında əlaqənin olması istisna deyil.

İran bu yolla həm Bakıya, həm də Təl-Əvivə konkret mesaj verir. Əslində hər iki hadisə bir daha göstərir ki, İran həm Bakıya, həm də Təl-Əvivə qarşı de-fakto müharibə elan edib”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: