5391031061 a017533761 b

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı sensasion bəyanatla çıxış edib. 

Globalinfo.az xəbər verir ki, o, ABŞ-ın sabiq Prezidenti Barak Obamanı vətənə xəyanətdə ittiham edib. Trampın sözlərinə görə, bu iddiaları dəstəkləyən sənədli sübutlar onun əlində mövcuddur.

“Bu dəstənin lideri Barak Hüseyn Obama idi”, – deyə Tramp bəyan edib. Onun fikrincə, 2016-cı il Prezident seçkilərində məğlub olan Co Bayden və Hillari Klinton da bu işə görə məsuliyyət daşımalıdırlar. Tramp bildirib ki, həmin şəxslər seçkiləri oğurlamağa çalışıblar.

“Onların mənə etdiklərindən sonra – doğru və ya yanlış – artıq xalqla məşğul olmaq vaxtıdır”, – deyə Tramp çıxışını davam etdirib.

Tahir Turan

Globalinfo.az

Paylaş: