Razılıq əldə edildi: Avropa növbəti müharibədən xilas oldu

Serblər Kosovadakı barrikadaları bu gündən etibarən yığmağa başlayacaqlar.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, bu barədə razılaşma Kosova serblərinin rəhbərləri ilə görüşdən sonra əldə edilib. Vuçiç barrikadaların 24-48 saat ərzində məhv ediləcəyini bildirib:

“Bu, asan proses deyil və onu bəzilərinin güman etdiyi kimi 2 saata həll etmək olmaz. Bununla belə, tərəflərin bir-birinə etimadsızlığı hələ də qalır”.

Vuçiç çıxışı zamanı Qərbi tənqid edib:

“Kosova və Metoxiyadakı deeskalasiya ilə bağlı danışıqları Qərblə, yəni tanınmamış Kosovanın tərəfində dayananlarla aparmaq məcburiyyətində qalırıq. Biz obyektiv insanlarla danışmırıq. Bu insanlar ölkəmizi bombardman ediblər. Biz yenə də onlarla danışırıq, çünki onların gücü Kosova və Metoxiyadadır”.