“Zelenski ölümcül səhvə yol verdi” – Qərb mediası

"Zelenski ölümcül səhvə yol verdi" - Qərb mediası

Ukrayna Prezidenti Volodimir Zelenski antikorrupsiya təşkilatlarına qarşı atdığı addımlar səbəbindən Qərbin dəstəyini itirmək riski ilə üz-üzədir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Jurnalın yazdığına görə, korrupsiyaya qarşı mübarizə aparan qurumlara təzyiqlər Qərbin Ukraynaya olan siyasi və maliyyə dəstəyini zəiflədə bilər. Bu isə Ukraynanın həm Rusiya ilə davam edən münaqişədə mövqeyinə, həm də Avropa İttifaqına inteqrasiya kimi uzunmüddətli məqsədlərinə ciddi təsir göstərə bilər.

Jurnalistlər qeyd edirlər ki, Qərb üçün korrupsiyaya qarşı mübarizə Ukraynaya dəstəyin əsas şərtlərindən biri olaraq qalır və bu sahədəki geriləmələr beynəlxalq etimadı zəiflədə bilər.

Tahir Turan

Globalinfo.az