IRAN ABS danisiq

İran ilə Qərb ölkələri arasında nüvə proqramına dair növbəti danışıqlar iyulun 27-də İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ərəb KİV-ləri məlumat yayıb. Görüşdə əsas müzakirə mövzusunun Tehranın nüvə fəaliyyətləri və beynəlxalq öhdəlikləri olacağı gözlənilir.

Bu barədə məlumat bu gün səhər saatlarında İranın Təsnim agentliyi tərəfindən də qismən təsdiqlənib. Agentlik bildirir ki, İran və Aİ-nin 3 əsas ölkəsi nüvə razılaşması istiqamətində razılığa gəliblər, lakin görüşün dəqiq yeri və vaxtı hələlik təsdiqlənməyib.

Buna baxmayaraq, ərəb mənbələri Cenevrədə keçiriləcək danışıqların tarixini və yerini konkretləşdiriblər, bu da prosesin aktiv fazaya keçdiyini göstərir.

Danışıqlarda hansı ölkələrin iştirak edəcəyi və konkret gündəm bəndləri yaxın günlərdə rəsmi olaraq açıqlanacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: