Paşinyan və Araik çıxışa hazırlaşırlar: Ermənilər faciə gözləyir

Erməni bloger Mikael Badalyan separatçıların başçısı Araik Arutyunyan və Ermənistanın Baş naziri Nikol Paşinyanın gözlənilən mətbuat konfransları barədə danışıb.

Globalinfo.az xəbər verir ki, Badalyan bu iki tədbirdən faciə gözlədiyini açıqlayıb.

“Mənim üçün bu satqınların nə deyəcəkləri o qədər də vacib deyil, əsas erməni xalqının buna necə reaksiya verməsidir. İnanmıram ki, bizim hələ yenə də şansımız olsun. Hazırsınız?”, – deyə o qeyd edib.

Malik Liftiyev
Globalinfo.az