VACİB XƏBƏRLƏR

“Sabah” Avropa Liqası ilə vidalaşdı

İdman

sabah tsele2

Qarşılaşma 3-3 hesabı ilə başa çatdı. İki görüşün nəticəsinə əsasən, 6-5 üstün olan “Selye” Avropa Liqasında ikinci mərhələyə yüksəldi. “Sabah” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

***

“Selye” İosifovun qolu ilə 108-ci dəqiqədə hesabı 3-3 etdi.

***

“Selye” – “Sabah” görüşü 3-2 hesabı ilə təmsilçimizin xeyrinə başa çatdı. Qalibi müəyyən etmək üçün əlavə 30 dəqiqə oynanılacaq.

***

Mikels 66-cı dəqiqədə özünün və komandasının üçüncü qolunu vurdu: 2-3.

***

Mikels 63-cü dəqiqədə hesabı bərabərləşdirdi: 2-2.

***

Görüşün 49-cu dəqiqəsində meydan sahibləri Vukliseviçin qolu ilə hesabda önə keçdi: 2-1.

***

Sloveniyada “Tsele” və “Sabah” komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə hesab bərabərləşib.

19-cu dəqiqədə “Sabah“ın futbolçusu Rəhman Daşdəmirov rəqibin zərbəsinin qarşısını əllə kəsdiyi üçün “Tsele”nin lehinə penalti təyin olunub.

Franko Kovaçeviç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 1:1.

*** 

Sloveniyada “Tsele” və “Sabah” komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə hesab açılıb.

9-cu dəqiqədə künc zərbəsindən sonra Coy-Lens Mikels başla dəqiq zərbə ilə “Sabah“ı önə çıxarıb – 1:0.

*** 

Sloveniyada “Tsele” və “Sabah” komandaları arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü start götürüb.

Globalinfo.az xəbər verir ki, qarşılaşma Tsele şəhərindəki eyniadlı stadionda keçirilir.

17 iyul

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, cavab görüşü

22:00. “Tsele” (Sloveniya) – “Sabah” (Azərbaycan) – 1:1 (BİRİNCİ HİSSƏ)

Qollar: Franko Kovaçeviç, 19 (pen.) – Coy-Lens Mikels, 9

İlk oyun – 3:2

Baş hakim: Draqomir Draqanov

Baş hakimin köməkçiləri: Xristo Hadziyski, Krasimir Atanasov

Dördüncü hakim: Martin Jivkov Velikov

VAR: Vasimir El-Hatib

AVAR: Volen Çinkov (Hakimlər briqadası Bolqarıstandandır)

“Tsele” stadionu.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış