Yardımlıda 1,6 ton narkotik bitki məhv edildi

Yardımlıda 1,6 ton narkotik bitki məhv edildi

Yardımlıda 9200 ədəd xaşxaş kolu məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.