“Qarabağ”ın futbolçusu Yassin Benzia “Sabah” komandasına 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından öncə mükafatlandırma mərasimində də fərqli davranışı ilə seçilib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Əlcəzair millisinin yarımmüdafiəçisi AFFA prezidenti Rövşən Nəcəfin boynuna medal taxmaq istəyini geri çevirib.
O, medalı əlinə götürərək gedib.
Qeyd edək ki, Yassin Benzia oyun zamanı aqressiv davranışları ilə seçilib. 120-ci dəqiqədə “Sabah” komandasının qələbə topundan sonra meydana girən 31 yaşlı yarımmüdafiəçi hakimləri təhqir edib. Bu səbəbdən, Benzia qırmızı vərəqə alıb. Onun “Qarabağ”la müqaviləni uzadılması istiqamətində danışıqlarda razılığa gəlmədiyi və komandanı tərk edəcəyi bildirilir.
“Qarabağ” və “Sabah” komandaları arasındakı Azərbaycan Kubokunun final matçından sonra mükafatlandırma mərasimi keçirilib.
Globalinfo.az xəbər verir ki, mükafatları təltif etmək üçün səhnəyə AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov dəvət olunub.
Əvvəlcə oyunun hakimləri və hakim-inspektoru Gülağa Cabbarov qiymətli mükafat alıb.
Daha sonra finalda uduzan “Qarabağ”a medallar verilib.
Sonda isə “Sabah” komandasının üzvləri səhnəyə çıxaraq, medallara sahib olublar. Komandanın kapitanı Amin Seydiyev isə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, “Sabah” komandası finalda “Qarabağ”a əlavə vaxtda qalib gəlib – 3:2.