Xəbər verdiyimiz kimi, Lənkəran şəhərində yerləşən “Kaspi Kids” uşaq bağçasında tərbiyəçi uşağın başına suqabı ilə zərbə vuraraq ona xəsarət yetirir. Belə ki, zərbə nəticəsində uşağın başı qanayır. Uşağın atasının dediklərinə görə, oğlu iki saat köməksiz vəziyyətdə qalıb. Baş verənlər ictimaiyyətdə ciddi narahatlığa və narazılığa səbəb olub. İctimaiyyət müəllimin cəzalandırmasının təklif edir.
Bu cür situasiyalarda tərbiyəçiyə hansı maddə ilə cinayət işi başladıla və hansı cəza təyin edilə bilər?
Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, əgər uşağa yetirilən xəsarət o qədər də ciddi deyilsə tərbiyəçi 128-ci maddə ilə, yəni qəsdən sağlamlığa az ağır zərər vurmaq maddəsi ilə məsuliyyət daşıyır.
Hüquqşünasın sözlərinə görə, tərbiyəçiyə müxtəlif növ cəza təyin etmək mümkündür:
“Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – 1000 manatdan 1500 manatadək cərimə və 240 saatdan 360 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yox bu, onda hərəkət pozğunluğuna və ya digər problemlərə yol açarsa o zaman Cinayət Məcəlləsinin 127-ci maddəsinə (Qəsdən sağlamlığa az ağır zərər vurma) görə məsuliyyətə cəlb oluna bilər”.
Əlövsət Allahverdiyev
Ə.Allahverdiyev onu da qeyd edib ki, 127.1-ci maddə ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, “Kaspi” Təhsil Şirkəti hadisəni araşdıraraq, uşağa şiddət göstərən müəllimi işdən azad edib və “Hirkan Hazırlıq Kursu” MMC ilə olan françayzinq müqaviləsinə xitam verib.
Zaira Akifqızı
Globalinfo.az