Xankəndidə ermənilərlə gərginlik: O fotonu paylaşma!

Qarabağda separatçılarla Rusiya sülhməramlıları arasında fikir ayrılığı daha da dərinləşib.

Globalinfo.az xəbər verir ki, sülhməramlıların erməni uşaqlara humanitar yardım verməsi separatçıların xoşuna gəlməyib. Belə ki, sülhməramlılara müraciət edən separatçı-qondarma rejimin “ombudsman”ı erməni uşaqlara yardım paylanılması ilə bağlı fotoların yayılmamasını istəyib.

Digər tərəfdən isə Teleqramın erməni seqmentində sülhməramlılar və digər mənbələrdən daxil olan humanitar yardımların düzgün formada bölüşdürülmədiyi haqqında məlumatlar yayılıb. Onlar həmçinin bu yardımların ermənilərə pulla satıldığını iddia ediblər.

Aqşin
Globalinfo.az