surucu 44

Dörd gün əvvəl Oğuz rayonunda baş vermiş ağır qəzada xəsarət alan rayonun Sincan kənd sakini Aslan Umarov vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Umarov dünən Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. O, Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsində sürücü vəzifəsində çalışırmış.

Qeyd edək ki, hadisə vaxtı Aslan Umarovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə A.Umarov və sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

323924583 1245021879381670 4031377474942830083 n
324872756 536282798535127 3028255170533317425 n

Paylaş: