İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunun keçiriləcəyini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat İran Xarici İşlər Nazirliyinin teleqram kanalında paylaşılıb.
Bəqainin sözlərinə görə, Oman tərəfi danışıqların cümə günü (23 may) İtaliyanın paytaxtı Romada keçirilməsini təklif edib və İran bu təklifi qəbul edib.
Xatırladaq ki, ABŞ İran indiyədək Oman vasitəçiliyi ilə dörd danışıqlar raundu keçirib. İlk görüş 12 aprel tarixində Omanda, ikinci 19 apreldə İtaliyada, üçüncü və dördüncü isə yenidən Omanda – 26 aprel və 11 may tarixlərində baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Abbas Araqçı, ABŞ tərəfinə isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.
*** 21:16
İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə danışıqların beşinci raundu mayın 23-də Romada baş tutacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə danışıqlarda vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi məlumat verib.
“İran və ABŞ arasında beşinci raund danışıqlar cümə günü Romada keçiriləcək”, – deyə nazir “X” sosial şəbəkəsində paylaşım edib.
Aysel Əliyeva
Globalinfo.az