Böyük güclərin qanlı, intensiv toqquşması – Bu, Avropa müharibəsidir!

Münxendə böyük güclərin qanlı və intensiv rəqabət epoxasının yaxınlaşması barədə fikrə gəlindi.

Globalinfo.az xəbər verir ki, bu sözlər Harvard Universitetinin professoru Stiven M.Uoltun “Nyu York Tayms”dakı məqaləsində yer alıb.

“Qərbi Ukraynadakı müharibə birləşdirir, amma o, döyüşkən Rusiya, konfrontasiyalı Çin və qlobal cənubla toqquşur. Münxen konfransının səhnəsindəki danışıqlar əsasən Ukraynaya aiddir. Müharibənin potensial davamlılığı uzun, Qərbin dayanıqlı birliyi əhəmiyyətli, Ukrayna qüvvələrinə silahın çatdırılması sürəti qeyri-adekvatdır. Bütün bunlar analiz ediləndə problemə heç bir aydınlıq gəlmir. Mən hətta şübhə etmirəm ki, bir il sonra biz indi dayandığımız nöqtədə durmağa davam edəcəyik”, – o bildirib.

Ekspert Ukrayna müharibəsi fonunda yaşananları şərti olaraq “Avropa müharibəsi” adlandırıb:

“Nüvə gücünün iştirakı ilə yaşanan Avropa müharibəsi yeni era başladıb, hansı ki, onun adı yoxdur. Avropada gələn il ABŞ-dakı prezident seçkisi, onun yaradacağı dəyişikliklərlə bağlı narahatlıq artır. Qərbin beynəlxalq qaydaların tətbiqində davamsızlığı onun Ukrayna müharibəsindəki dəstəyini dağıdır. Münxen konfransının əsas mövzularından bizi Qərbin Afrika, Hindistan, Cənubi Amerika və digər ölkələrdə müharibəyə, Putin haqqında hekayəyə ikili və hətta düşməncəsinə yanaşılmasını dərk etməsi oldu”.

İlkin Həsənov
Globalinfo.az