merc 1

Niderland futbol liqalarında 25 futbolçunun öz oynadıqları matçlara mərc etdiyi bəlli olub.  

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “dutchnews.nl” saytı məlumat yayıb.

Bildirilib ki, 25 futbolçudan 6-sı əsas liqa, qalanı isə aşağı liqa klublarının üzvləridir.

Hazırda ölkə polisi bununla bağlı araşdırmalara başlayıb.

Niderland Futbol Federasiyası məlumatı təsdiq edib.

Paylaş: