16402009

Tokioda ikinci doğulan uşaqlara dövlət qayğı göstərəcək.

Globalinfo.az xəbər verir ki, bu addım Yaponiyada doğum səviyyəsinin ən aşağı olduğu Tokio şəhərində ikinci uşaq sahibi olan cütlükləri təşviq etmək üçün atılıb.

Qərara əsasən, ikinci uşağa baxım xidmətləri 2023-cü ilin oktyabr ayından tamamilə pulsuz olacaq. Bunun üçün dövlət büdcədən 85 milyon dollar ayırıb.

Bu qərar ailələrin gəlir səviyyəsindən asılı olmayaraq 0-2 yaş arası qrupa şamil edilir. Birinci mərhələdə bunun 50 min uşağı əhatə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, Yaponiya uzunömürlülərin sayına görə dünyada birinci yerdədir. Ölkədə 100-dən çox yaşı olanların sayı 86 mini keçib.

Gülnar Səlimova,

Globalinfo.az

Paylaş: