Daha bir prezidentliyə namizəd Trampı əfv etmək sözü verdi

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, Florida ştatının qubernatoru Ron DeSantis bildirib ki, dövlət başçısı postuna seçiləcəyi təqdirdə rəqibi Donald Trampı əfv edəcək. 
Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə NBC-yə istinadən xəbər verir.
“Düşünürəm ki, biz bir ölkə olaraq irəliləməliyik və siz Fordun Niksonla nə etdiyini bilirsiniz, çünki fikir ayrılığı sadəcə olaraq ölkənin maraqlarına uyğun deyil”, deyə DeSantis bildirib.
O, Donald Trampı əfv etmək niyyətini bir neçə ay əvvəl bəyan etdiyini vurğulayıb.
Bundan əvvəl ABŞ prezidentliyinə digər namizəd, respublikaçı Nikki Heyli deyib ki, 2024-cü il seçkilərində qalib gəlsə, dörd cinayət ittihamı ilə üzləşən Ağ Evin keçmiş rəhbəri Donald Trampı əfv etmək qərarına gələ bilər. Onun sözlərinə görə, belə bir qərar düzgün olacaq.
“Mən Trampı əfv edərdim. Günahı sübuta yetirilərsə, lider ölkənin ən yaxşı mənafelərinə nəyin uyğun olduğunu düşünməlidir. Ölkəmizi parçalamaqda davam edən 80 yaşlı kişinin həbsxanada oturmasına imkan verməmək ölkənin xeyrinədir. Onu əfv etmək ölkənin mənafeyinə uyğun olardı ki, biz bir ölkə olaraq davam edə bilək və onun haqqında daha çox danışmayaq”, deyə Nikki Heyli izah edib.
Qeyd edək ki, 2023-cü ilin yayında Trampa qarşı bir neçə cinayət işi, o cümlədən 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi, 2020-ci il seçkiləri və keçmiş ABŞ prezidentinin Mar-a-Laqo malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı ittiham irəli sürülüb. Siyasətçi özü bütün hallarda təqsirli olduğunu inkar edir, ona qarşı aparılan araşdırmaları hazırkı prezident Co Bayden administrasiyası tərəfindən siyasi təqib adlandırır. Mətbuatda yayılan məlumatlara görə, Tramp tərəfdarlarına xəbərdarlıq edib ki, onu bütün ittihamlar üzrə 561 il həbs gözləyir.
“McLaughlin & Associates” təşkilatının dekabrda keçirdiyi sorğuya əsasən, Tramp respublikaçılar arasında prezidentlik yarışında favoritdir. Araşdırmaya görə, Ağ Evin keçmiş rəhbərinə 61%, Heyliyə isə cəmi 10% dəstək var.