AA 20250501 37816762 37816759 ABD BASKANI DONALD TRUMP ULUSAL DUA GUNU ETKINLIGINE KATILDI scaled
ABŞ bundan sonra Rusiya-Ukrayna müharibəsinin həllində vasitəçi rolunu üzərinə götürmək niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, иu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus brifinq zamanı açıqlama verib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp müharibənin diplomatik yolla bitməsini istəyir, lakin Vaşinqton artıq tərəflərin öz təşəbbüsləri ilə sülhə dair təkliflər irəli sürməsinin zamanının çatdığını hesab edir.

“Biz dünyanın dörd bir yanına uçaraq vasitəçi danışıqlar aparmayacağıq. Bu, artıq iki tərəf arasında bir məsələdir. Hazırda Ukrayna və Rusiya konkret sülh ideyaları hazırlamalı və təqdim etməlidir”, – deyə Bryus bildirib.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Ukrayna müharibəsi ABŞ üçün hələ də vacibdir, lakin Vaşinqtonun diqqət yetirməli olduğu qlobal məsələlər də çoxdur.

“Prezident Tramp istəyir ki, ölkə olaraq atdığımız hər addım diplomatik xarakter daşısın”, – o bildirib.

Bununla yanaşı, Bryus ABŞ-ın Rusiyaya qarşı mövcud sanksiyaları ləğv etmədiyini və yeni sanksiyaların tətbiqinin gündəmdə qala biləcəyini də qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: