Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

Məlumatda bildirilib ki, zəlzələ yerli saatla 20:02-də Ərzincan şəhərinin Tercan rayonunda qeydə alınıb.

Yerin 6,99 kilometr dərinliyində baş verən zəlzələnin maqnitudası 3,8 bal olub.

Dağıntılar və xəsarət alanların olmadığı bildirilib.