hero image 15 1690210933b339c73f scaled

ABŞ dövlət katibi Marko Rubiо və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts İranın mümkün nüvə obyektlərinə zərbələr endirilməsinin tərəfdarıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Donald Trampın ətrafında İrana qarşı siyasətlə bağlı ciddi fikir ayrılıqları yaranıb. Bəzi yüksək vəzifəli şəxslər Tehrana qarşı hərbi gücdən istifadəni müdafiə etsə də, ABŞ prezidenti hələlik diplomatik danışıqlara üstünlük verməkdə israrlıdır.

Qəzet yazır ki, Tramp İranla qarşılıqlı əlaqələri qorumağa çalışsa da, onun bu siyasətin nəticələrini nə qədər gözləməyə hazır olduğu hələlik bəlli deyil.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: