Peskovdan Ukraynadakı müharibə haqda tərəddüdlü açıqlama

“Rusiya Ukraynada hərbi əməliyyatı sona qədər aparmalıdır, bunun alternativ yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Ukraynaya Qərb silahlarının tədarükü “məcburi gərginlik spiralında növbəti dönüşə” gətirib çıxaracaq. Bu, yəqin ki, bizi daha güclü səfərbər olmağa məcbur edir”, – o bildirib.