“Kiyev rejimi ilə Vaşinqton o qədər də yaxşı anlaşmır. Bu, faktdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevi “separatçı” adlandırmasına münasibət bildirib.
“Görürük ki, Ukrayna nümayəndələrinin bu cür iyrənc davranışı indiki Tramp administrasiyasına uyğun deyil”, – o deyib.
Qeyd edək ki, bundan əvvəl Zelenski Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevi ABŞ nümayəndələri ilə bir sıra görüşlərdə iştirakından və Vaşinqtonla iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı danışıqlardan sonra “separatçı” adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az