Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaş Əkrəm İmamoğlunun həbsi ilə bağlı qərardan danışıb.
Globalinfo.az xəbər verir ki, o, hüquq sistemindən utandığını deyib.
“İfadələr, iddialar, ittihamlar 5 dəqiqədən sonra ictimaiyyətə açıqlandı. Bunların hamısı məxfi olmalı idi. Vəkillərlə əlaqə yarada bilməmək prosesin siyasi müdaxilə ilə edildiyini açıq şəkildə göstərir. Bütün dünyada bununla bağlı şərhlər verildi. Hüquq sistemimiz sorğulandı”, – deyə o bildirib.
Qeyd edək ki, beş gündür davam edən əməliyyatda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu “korrupsiya” işi ilə bağlı həbs edilib.
Əliyar Xəlil
Globalinfo.az