Rusiya Ukraynada hərbi əməliyyatları dayandırmağa razıdır, lakin bəzi nüanslar var.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, bu məsələ ilə bağlı bir neçə nüansa diqqət çəkib:
“Rusiya hərbi əməliyyatları dayandırmaq təklifi ilə razıdır, lakin bu uzunmüddətli sülhə və ilkin böhranın aradan qaldırılmasına xidmət etməlidir. Biz razıyıq, lakin nüanslar var.
Özü-özlüyündə bu, düzgün qərardır, lakin müzakirə edilməli bəzi məqamlar var. Düşünürəm ki, biz ABŞ-dan olan həmkarlarımızla, tərəfdaşlarımızla da bunu müzakirə etməliyik. Ola bilər Trampla əlaqə saxlayım.
Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün vəziyyətin necə inkişaf etdiyinə əsaslanaraq növbəti addımları müzakirə edəcək”, – Putin bildirib.
Aysel Əliyeva
Globalinfo.az














